XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

28 May 2019 - 22:32

Dövlət Departamenti bu ölkələrə getməyi məsləhət görmür- SİYAHI

Aktiv turizm mövsümünün başlanması ilə əlaqədar, amerikalıların çoxu təhsil almaq və ya şəxsi işgüzar məqsədlər üçün xarici ölkələrə səyahətlərə çıxırlar. ABŞ Dövlət departamenti ölkə vətəndaşlarının getməsini məsləhət görmədiyi ölkələrin və ərazilərin siyahısını dərc edib.

Dövlət departamenti Meksikanın bəzi ştatlarını, Cənubi Amerikanın bir hissəsini və Yaxın Şərq regionunun çox hissəsini ən təhlükəli ərazilərə aid edib. ABŞ xarici siyasət idarəsinin “qara siyahısına” düşmüş Meksika ştatlarından biri ABŞ-ın Texas ştatı ilə sərhədin cənubunda yerləşən Tamaulipas ştatıdır. Bu ştatda qətllər, oğurluq, silahlı qarətlər, seksual təcavüz, pul qoparma və avtomobillərin qaçırılması kimi cinayətlər çox geniş yayılıb. Meksikanın şimal ştatlarında narkotiklər alveri də geniş yayılıb

ABŞ-ın öz vətəndaşlarının 4-cü təhlükəlilik səviyyəli 14 ölkəyə getməsini məsləhət görmür: İraq, Sudan, Yəmən, Venesuela, Suriya, Cənubi Sudan, Somali, Mali, Liviya, İran, Haiti, Mərkəzi Afrika Respublikası, Əfqanıstan və Şimali Koreya(azərtac).