ATƏT-in Minsk qrupunun həmsədrləri – İqor Popov (Rusiya), Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa), eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi Anjey KaspşikAzərbaycanın işğal altında olan Xankəndi şəhərinə gəliblər.
Minsk qrupunun həmsədrləri Xankəndində separatçı rejimin rəhbəri Bako Saakyanla görüşüblər.
Görüşdə cəbhə xəttindəki vəziyyət müzakirə edilib.
Xatırladaq ki, həmsədrlər mayın 27-də bölgəyə səfərə gəliblər və ilk olaraq Yerevanda olublar. Həmsədrlər Bakıya da gələcəklər. /Report