XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

29 May 2019 - 11:32

Türkiyə Müdafiə Nazirliyi “Pəncə” ilə bağlı hesabat yaydı:"15 terrorçu öldürülüb"

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında başlatdığı “Pəncə” əməliyyatı nəticəsində 15 terrorçu öldürülüb.

Bu barədə Türkiyənin Müdafiə Nazirliyi informasiya yayıb.

“Pəncə” əməliyyatına qatılan komando  qüvvələrimiz PKK terror qruplaşmasına aid sığınacaq, mağara və silah mövqelərini müəyyən edərək sözügedən nöqtələrin məhv edilməsi fəaliyyətlərini davam etdirir”, – Türkiyə MN-dən bildirilib.

Qeyd edək ki, əməliyyat mayın 27-də “Fırtına” haubitsalarının zərbələri ilə başlayıb. 27 may saat 20:00 radələrində türk komandos dəstələri Şimali İraqa daxil olub. /Axar.az