XƏBƏR LENTİ

31 May 2020
30 May 2020
29 May 2020

Digər Xəbərlər

29 May 2019 - 16:25

Ukrayna pasportu Saakaşviliyə qaytarıldı –FOTO

Gürcüstanın eks-prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşviliyə Ukrayna pasportu geri qaytarılıb.
Bu barədə M.Saakaşvili sosial şəbəkədə paylaşım edib.
“Ukraynanın Varşavadakı gözəl konsulu mənə Ukraynaya qayıtmaq üçün pasportumu qaytarıb. İndi isə aeroporta, oradan isə Kiyevə!”, – deyə Saakaşvili qeyd edib.
Qeyd edək ki, Ukraynanın yeni seçilmiş Prezidenti Vladimir Zelenski dünən Mixail Saakaşviliyə Ukrayna vətəndaşlığını qaytarıb.
Onu da bildirək ki, bir neçə dəqiqə əvvəl Saakaşvili artıq Ukraynaya dönüb. /Lent.az