XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 May 2019 - 21:31

Ərdoğan Trampla danışdı –S-400 problemi müzakirə edilib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın dövlət başçısı Donald Tramp arasında telefon danışığı olub.

“Takvim” xəbər verir ki, söhbət zamanı ikitərəfli münasibətlər və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Danışıqlar əsnasında R.T.Ərdoğan Rusiyadan almaq niyyətində olduqları “S-400” raket sistemlərilə bağlı ortaq işçi qrupu yaratmaq təklifini təkrar irəli sürüb.

Həmçinin Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fəxrəddin Altuna görə, tərəflər Yaponiyada keçiriləcək G-20 zirvə görüşündə də təkrar görüşmək barədə razılaşıblar/Report