XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

30 May 2019 - 00:54

Bakıda Avropa Liqasının finalı:"Çelsi" Arsenal"a 4 qol vurub, kuboku aldı

Bakı Olimpiya Stadionunda 23:00-da UEFA Avropa Liqasının final qarşılaşması baş tutub.

Strateq.az xəbər verir ki, 68 minlik azarkeş tutumuna sahib olan Bakı Olimpiya Stadionunda İngiltərənin iki təmsilçisi – “Arsenal” və “Çelsi” qarşılaşıblar.

Oyunda ilk hissədə qol səsi çıxmasa da, ikinci hissənin 49-cu dəqiqəsində “Çelsi” hesabı açıb – 0:1

60-cı dəqiqədə “Çelsi” daha bir qol atıb – 0:2

65-də “Çelsi” 3-cü qol da vurub – 0:3

69-cu dəqiqədə “Arsenal” bu qollardan birinin əvəzini çıxıb – 1:3

Bu qoldan 3 dəqiqə sonra isə “Çelsi” 4-cü qola imza atıb – 1:4

Beləliklə, “Çelsi” “Arsenal”ı 4-1 məğlub edərək, Avropa Liqasının qalibi olub.