XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

30 May 2019 - 08:30

Böyük Britaniyanın səfiri:"Bakı UEFA Avropa liqasının finalını əla təşkil etmişdi"

Bakı UEFA Avropa liqasının finalını möhtəşəm təşkil etmişdi.

Bunu oyundan sonra Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts deyib.

“Çelsi futbol klubunu ilə təbrik edirik. Əla oyun idi. Əhsən Bakıya ki, iki komandamızın final oyununu möhtəşəm təşkil etdi. Stadion dünya standartlarına cavab verirdi” – deyə Böyük Britaniyanın səfiri bildirib.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda İngiltərənin “Çelsi” və “Arsenal” komandaları arasında final oyunu keçirilib.

Görüş “zadəganlar”ın böyük hesablı qələbəsi ilə yekunlaşıb – 4:1. /Report