XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 May 2019 - 12:28

Azərbaycanda Milli Kibertəhlükəsizlik Strategiyası yaradılır –Nazirdən açıqlama

Azərbaycanda Milli Kibertəhlükəsizlik Strategiyası yaradılır.

Bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə “Monex Caspian” beynəlxalq sammitində deyib.

Nazir qeyd edib ki, kibertəhlükəsizlik maliyyə və bank sistemində vacib rol oynayır.

Onun sözlərinə görə, kibertəhlükəsizliyə cavabdeh qurumlar yaradılıb, bu sahədə Milli Kibertəhlükəsizlik Strategiyasının yaradılması istiqamətində iş aparılır.

R.Quluzadə bildirib ki, bankların rəqəmsallaşmasını sürətləndirmək vacibdir. /Trend.az