XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

30 May 2019 - 13:14

Deputat Fazil Mustafa:"Deputatların Prezidentin islahatlarına dəstək vermək təmayülü hiss olunmur"

“Deputatların qanunların icrasına nəzarət mexanizmində rolu olması yaxşı olardı. Məsələn, deputatlar məhkəmə-hüquq islahatları prosesinə cəlb edilməlidir”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa  deyib.

O vurğulayıb ki, bu proses qaneedici deyil: “Prezident İlham Əliyev iqtisadi sahədə islahatlar həyata keçirir. Deputatların bu islahatlara dəstək vermək təmayülü hiss olunmur. Bu barədə düşünmək lazımdır. Milli Məclisdə iclaslarda iştirak etmək vacibdir, amma əsas ağırlığı məhsuldar çalışmağa yönəltmək lazımdır”.

Milli Məclisin sədri Oqtay Əsədov isə deyib ki, nizam-intizam olmazsa, məhsuldar iş də olmaz: “Milli Məclisin Daxili Nizamnaməsində də qeyd edilib ki, deputatlar əsasən gündəlik ətrafında çıxış etməlidir. Xahiş edirəm, bu məsələləri “Deputatın statusu haqqında” qanuna dəyişiklik layihəsi müzakirə edilərkən qaldırın”. /Report