XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

30 May 2019 - 13:40

Təhsil Nazirliyi:"Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək"

“İkili diplom proqramlarının təsis edilməsi ilə tələbələr Azərbaycanda dünya standartlarına uyğun təhsil ala biləcəklər və onların təhsil haqqı dövlət hesabına ödəniləcək”.

Bunu Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”ndan gözləntilər mövzusunda təqdimatında deyib.

Onun sözlərinə görə, ikili diplom proqramlarının təsis edilməsi ilə bağlı işlərə başlanılıb: “Xaricdə doktorantura səviyyəsində təhsilin maliyyələşdirilməsi nəzərdə tutulub. Dövlət Proqramı çərçivəsində hazırlanmış normativ-hüquqi aktlar Nazirlər Kabinetinə təqdim edilib”.

N.Məmmədli qeyd edib ki, bu il də proqram üzrə təhsil alacaq şəxslərin təhsil haqqlarını Azərbaycan Dövlət Neft Fondu maliyyələşdirəcək: “Təhsil Nazirliyinin tabeliyində idarəetmə qrupu yaradılacaq”.