XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

30 May 2019 - 13:35

Nazirin müşaviri:"Ölkədən çıxmadan həkimlik dərəcəsi alanların sənədləri saxtadır"

“Son illər xaricdə təhsil alan gənclərin sayı artır. Lakin bəzən xaricdə təhsillə bağlı müəyyən sui-istifadə halları da olur”.

Bunu Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi vəzifəsini icra edən və təhsil nazirinin müşaviri Həsən Həsənli deyib.

O bildirib ki, söhbət saxta sənədlərdən, hansı keyfiyyətli təhsil almaqlarından yox, bərabər və ədalətli rəqabətin dəstəklənməsindən gedir: “Çünki bəzən o halların şahidi oluruq ki, bəziləri ölkədən çıxmadan həkimlik dərəcələri alır, yaxud 4 il təhsil aldığı ölkənin dilini bilmir. Təbii ki, belə şəxslərin sənədləri saxtadır. Gələcək həkimlər, müəllimlər, mühəndislər sağlam və keyfiyyətli iqtisadiyyatın formalaşmasında xüsusi rol oynamalıdır. Əmin olmaq lazımdır ki, bu işlərdə bərabərlik prinsiplərinə ciddi əməl olunur”.

H.Həsənli qeyd edib ki, bu gün ictimaiyyətdə işəgötürən diploma, sertifikata yox, biliyə, bacarığa səriştəyə diqqət göstərir: “Təhsilin əlçatımlığı ilə yanaşı, keyfiyyətə də diqqət etməliyik. Valideynlər və gənclər diqqətli olmalıdır ki, təhsil aldıqları müəssisənin diplomları həmin ölkədə tanınırmı?!” /Report