XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

30 May 2019 - 15:10

Gürcüstan prokurorluğu:"Saakaşvilinin ekstradisiyası üçün prosedurlar davam etdirilir"

Gürcüstanın Baş Prokurorluğu sabiq prezident Mixeil Saakaşvilinin ekstradisiya prosesini davam etdirir.

Bunu prokuror Koka Katsitadze bildirib.

Onun sözlərinə görə, vətəndaşlığın itirilməsi və ya bərpa olunmasının cinayət məsuliyyətinə aidiyyatı yoxdur və bu proseslər ekstradisiya prosedurlarına təsir göstərə bilməz: “Saakaşvilinin ekstradisiya proseduru Baş Prokurorluq  tərəfindən başlanılıb və bu qanuni prosedurlar dayandırılmayıb”.

K.Katsitadze qeyd edib ki, M.Saakaşvili Gürcüstan məhkəməsində törətdiyi cinayətlərə görə cavab verməlidir/Report