XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

30 May 2019 - 19:26

ABŞ-dan İrana qarşı daha bir həmlə:"Sanksiyalarla bağlı heç bir dövlətə möhlət verilməyəcək"

“ABŞ hökuməti İrana qarşı sanksiyalarla bağlı bundan sonra heç kimə möhlət verməyəcək”.

TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin İran üzrə xüsusi nümayəndəsi Brayan Huk keçirdiyi brifinqdə deyib.

“Artıq neftlə bağlı sanksiyalarla bağlı istisnalar olmayacaq. Yalnız razılaşdığımız dövrdə, yəni 2018-ci ilin noyabr ayından 2019-cu ilin may ayınadək həyata keçirilən neft idxalı əməliyyatları icazəli sayılır və həmin müddət başa çatandan sonra İran neftini tədarük etmək üçün hər hansı bir cəhd göstərildikdə sanksiya tətbiq edəcəyik”, – deyə Ağ Ev rəsmisi Çin və Hindistan kimi ölkələrin mayın 1-dən sonra da, heç olmasa, kiçik həcmdə İran neftini idxal edib-etməyəcəyi barədə suala cavab verərkən vurğulayıb.

Xatırladaq ki, aprelin 22-də ABŞ prezidenti Donald Tramp İranın neft ixracına qarşı 2018-ci ilin noyabr ayından bərpa etdikləri sanksiyalarla bağlı möhlətləri uzatmamaq qərarı vermişdi. Həmin vaxt sanksiyaları bərpa etməklə yanaşı, Ağ Ev İran neftinin bəzi iri idxalatçı ölkələrinə 6 ay müddətində idxala davam etmək icazəsi vermişdi/rEPORT.