XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

30 May 2019 - 23:23

Polşa Prezidenti Andjey Duda Azərbaycana rəsmi səfərə gəlib- FOTO

Polşa Respublikasının Prezidenti Andjey Duda mayın 30-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Polşa Respublikasının Prezidenti Andjey Dudanı hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşıladılar.