XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

31 May 2019 - 10:14

“Bloomberg”dən sensasion iddia:"Rusiya İrana "S-400" tədarükündən imtina edib

Rusiya İrana “S-400” zenit-raket komplekslərini satmaqdan imtina edib.

“Bloomberg” agentliyinin öz mənbələrinə istinadən verdiyi məlumata görə, belə qərar Yaxın Şərq regionunda gərginliyin artacağından ehtiyat edilərək verilib.

Yazıda göstərilir ki, rəsmi Moskvanın Tehranın istəyinə reaksiyası Fars körfəzində İranla ABŞ və onun ərəb müttəfiqləri arasında yaranmaqda olan münaqişədə incə balansı əks etdirir.

Bu məlumatın rəsmi təsdiqi və ya inkarı barədə hələlik məlumat daxil olmayıb/Report.