XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

31 May 2019 - 12:30

“Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” –Qanun layihəsinin müzakirəsi başlayıb

Azərbaycan Milli Məclisinin yaz sessiyasının bu gün keçirilən sonuncu plenar iclasında “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi başlayıb.

Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasda yalnız bu qanun layihəsinin müzakirəsi aparılacaq.

İclas yekunlaşdıqdan sonra parlamentin yaz sessiyası başa çatacaq.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.

Parlamentin növbədənkənar sessiyasının da keçirilməsi nəzərdə tutulur. /Report