XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 May 2015 - 05:38

Sabir Rüstəmxanlı: “Qardaşımı ölkədən didərgin salan şəxs vəzifəli məmurdur” – AÇIQLAMA

SABIR aile.jpg

Bir neçə gündür ölkənin xəbər məkanında deputat, VHP sədri Sabir Rüstəmxanlının qardaşı Əlövsət Əliyevin Almniyada siyasi sığınacaq alması barədə məlumatlar gedir.

Strateq.az bildirir ki, musavat.com-da gedən yazı ilə bağlı Sabir Rüstəmxanlı qəzetə açıqlama verib.

VHP sədri qardaşı Əlövsət Əliyev və ailəsinin mühacirətə getdiyindən xəbərsiz olduğunu söyləyib: “Onun haqqında istintaq işinin başlamasından xəbərim yoxdur. Məndən xəbərsiz gediblər. Onun ətrafında nələrin baş verdiyini, yalnız o, gedəndən sonra bilmişəm. Müdafiə olunmamasını deyə bilər… Görünür, buna ehtiyacı olub. Axtarışa verilməsi barədə də mənə deyilməyib, özüm kənardan eşitmişəm. Bu barədə bəzi vəzifə sahibləri ilə söhbətim olub. Qardaşımın axtarışa verildiyini deyiblər. Bir vəzifə sahibinin həyat yoldaşının xaricə getmək istədiyini, Əlövsətin ona yardım etdiyini dedilər. Gileyləndilər ki, gərək belə şey etməyəydi. Bu, cinayət əməli deyil. Əlövsət mənə heç zəng də vurmur. Kiçik qardaşlarımdan bütün məlumatları alıram”.

Deputat qardaşı oğlu Türkel Rüstəmxanılının mühacirətə Bakıda olan təzyiqlərlə bağlı getməsi fikrinə də münasibət bildirib: “Türkelin hansısa siyasi fəaliyyətinin olduğunu bilmirəm. Mən ona mənasız statuslar yazdığına görə bir neçə dəfə irad tutmuşam. Onun statusları nə özünə, nə də bizə yaraşan səviyyədə deyildi. Bizim cəmiyyətdə öz yerimiz var. Siyasətimiz əxlaq ölçüləri çərçivəsindədir. İllər uzunu qurulan münasibətləri heç vaxt pozmamışıq. Dövlətin maraqlarını xırda şeylərə qurban verməmişik. Türkel haradan o təzyiqləri görüb bilmirəm. O, siyasi təzyiqlərə görə yox, həyat yoldaşı xaricdə təhsil alırdı, ona qoşulub gedib. Onun indi Almaniyadan bu cür danışmağını qəbul etmirəm. Bugünlərdə Türkiyəyə DAK-ın qurultayına gəlmişdi. Xüsusi olaraq onu çağırdım və ciddi söhbət etdim. Əlövsətə də sifarişimi göndərdim.

ölkədən getmək olar, amma hansı ölkənin vətəndaşı olduğunu unutmaq olmaz. Ailəmizin belə məsələlərə münasibətini nəzərə almaq lazımdır. Ailəmiz böyükdür. Biri nazirə qarşı ola bilər, biri mitinqə gedə bilər, tənqidi yazılar yazanı olar. Ona görə təzyiqlər qaçılmazdır. Müxalifət partiyasının lideri olaraq, parlamentdə daim sözümü deyirəm. Mənə təzyiqlər olmur, amma ətrafımda kiməsə olanda, avtomatik özüm hiss edirəm. “Qanun” jurnalına qardaşım orada işlədiyinə görə dəfələrlə cərimələr qoyulub. Əlövsət polis rəisi işləyirdi. Sonra işsiz olduğundan məcbur olub QHT yaratdı. Orada da təzyiqlər oldu. Nə etməli idi? Rüstəmxanlı soyadı olan birisinə təzyiq olan kimi, hamımız bu halla üzləşirik. Bunlar Türkel və Əlövsət söhbəti deyil. Dəfələrlə demişəm ki, nə baş verir. Hər halda, bizim dövlət qarşısında xidmətlərimiz və yerimiz var. Bütün həyatımızı Azərbaycanın qurulmasına sərf etmişik. Amma buna baxmayaraq, heç bir yerdə sözümüz keçmirsə, övladlarımızın işi yoxdursa, narahatçılıq doğurur. Bunu nəzərdə tutub, bu cür fikirlər səsləndiriblər. Amma bunu faciə saymıram. Görünür, bu da bizim yaşam tərzimizdir”.

sabir_rustemxanli.jpg

Sabir Rüstəmxanlı qardaşından şikayət edən vəzifə sahibi barədə sərt danışıb: “Əlövsətdən şikayət edən vəzifə sahibidir. Onun tələbi ilə bu təzyiqlər başlayıb. Bir nəfər ailəsini qoruya bilməyib, ailəsi xaricə gedib, sonra qaytarıblar. öz ailəsini qoruya bilməyib, indi günahını Əlövsətin boynuna yıxır. Bir nəfərin iddiası bir ailəni Azərbaycandan didərgin saldı. Yerdə qalan söz-söhbətlərə normal baxıram. Türkel gəncdir, iddiası var. Siyasi iddialarını bizim yanımızda həyata keçirəcəkdi. Onun heç bir ziyanı dəyə bilməzdi. Ziyan vuran bir nəfər məmurdur. Əsas cavabdeh odur.

Bir ailənin Almaniyaya sığınmasının səbəbi, bir nəfərin ailəsini qoruya bilməməsi, ailəsinə yardım edən hüquqşünası günahkar görməsidir. Həmin məmur Əlövsəti məhkəməsiz həbs etdirmək istəyirdi. Əlövsət haqsız yerə həbs olunacağını bildiyi üçün getdi. Nə zaman əsassız ittiham onun boynundan götürülsə, qayıdacaq. Əsas qazandığı dil öyrənmək olacaq. Biz qürbətə öyrəşmiş adamlar deyilik. Ailəmiz burada yaşamalıdır. Əziyyətimiz hədər getməməlidir. Bu barədə danışıqlarım olub. Ciddi şəkildə müdaxilə etmək istəmirəm. İstəyim budur ki, hər şey qanun çərçivəsində olsun”.