XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 June 2019 - 12:42

“Wall Street Journal”:"ABŞ İrana qarşı yeni sanksiyaların tətbiqini təxirə salıb"

ABŞ Prezidenti Donald Tramp İranın neft-kimya sektoruna qarşı yeni və daha sərt sanksiyaların tətbiqini təxirə salıb.

Bu barədə “Wall Street Journal” nəşri vəziyyətdən agah olan mənbələrə istinadla məlumat yayıb.

ABŞ-ın Maliyyə Nazirliyi may ayının ortalarında İrana qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırırdı. Birləşmiş Ərəb Əmirlikləri sahillərində tankerlərə hücumla bağlı Tehran və Vaşinqtonun qarşılıqlı ittihamlarından sonra strategiya dəyişib. Lakin Amerika tərəfi gələcəkdə yeni məhdudiyyət tədbirlərinin tətbiqindən tam imtina etməyib. Mahiyyət etibarilə artıq İranın neft-kimya sektoruna qarşı bir neçə sanksiya fəaliyyət göstərir. O cümlədən İrana neft-kimya məhsullarının, o cümlədən ammonyak, metanol və karbamid satışı qadağan edilib.

Son aylar ABŞ və İran arasında münasibətlər xeyli gərginləşib. Amerika hakimiyyəti İran iqtisadiyyatının aparıcı sahələrinə qarşı sərt sanksiyalar tətbiq edib və sanksiya təzyiqini gücləndirib. Birləşmiş Ştatlar, həmçinin İslam İnqilabı Keşikçiləri Korpusunu, İran isə öz növbəsində ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığını terror təşkilatı, Birləşmiş Ştatların özünü isə terrorun sponsoru elan edib. Bundan sonra Vaşınqton “Abraham Lincoln” aviadaşıyıcı gəmisini və bombardmançı təyyarələri Fars körfəzi rayonuna göndərib.

Eyni zamanda, ABŞ Prezidenti Donald Tramp İranla müharibən yayınmağa ümid etdiyini, İran lideri Əli Xamneyi isə İranın ABŞ-la müharibə istəmədiyini, lakin Vaşinqtona müqavimət göstərəcəyini deyib(azərtac).