XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

05 May 2015 - 06:31

KXCP toplandı – İqtidara çağırış olundu

Bu gün KXCP İdarə Heyətinin növbəti toplantısı keçirilib.

Strateq.az xəbər verir ki, iclasda qərarların icravəziyyəti dəyərləndirilib, ictimai siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə edilərək uyğun qərarlar qəbul edilib.

KXCP Ali Məclisin son sessiyasında qəbul edilmiş qərarların icra vəziyyəti müzakirə edilib. Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin məlumatı dinlənilib. KXCP Qudadlı və Fizuli rayon şöbələrinin konfransları haqqında məlumat verilib. Konfransların Nizamnaməyə uyğun keçirildiyi, seçkili orqanların tam formalaşdığı və KXCP qurultayına nümayəndələr seçilmələri haqqında məlumat verilib. KXCP Qudadlı və Fizuli rayon şöbələrinin konfransların nəticələri nəzərə alınıb.

Yığıncaqda KXCP sədri Mirmahmud Mirəlioğlu ictimai-siyasi vəziyyətlə bağlı çıxış edib və çıxışda bəzi siyasi məhbusların səhhətində yaranmış problemlərlə bağlı narahatlıqlar ifadə olunub.

Yığıncaqda növbəti iqtidar-müxalifət görüşünun mövzusu ilə bağlı müzakirələr aparılıb. Müzakirələrdə Avropa oyunları ilə bağlı yaranan narahatlıqların getdikcə artması qeyd edilib. KXCP idman oyunlarının dünyada sülhə, barışa, dostluğa, əmin-amanlığın bərpasına ximət etdiyini bir daha vurğulayaraq hakimiyyəti ölkədə vətəndaş sülhünün bərqərar olunması üçün Avropa oyunları ərəfəsində siyasi məhbusları azad etməyə çağırır.

Strateq.az