XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

03 İyun 2019 - 15:59

Tramp bu dəfə Sadiq Xanı hədəfə aldı:"O, uğursuzdur..."

ABŞ Prezidenti Donald Tramp dəfələrlə onu tənqid edən London meri Sadiq Xanı uğursuz adlandırıb.

Bu barədə D.Tramp “Twitter” səhifəsində yazıb.

“London meri vəzifəsində hər baxımdan pis işləyən Sadiq Xan Birləşmiş Krallığın, heç şübhəsiz, ən vacib tərəfdaşı olan Birləşmiş Ştatların səfərdə olan prezidentinə qarşı axmaqcasına heç də xoş olmayan rəftar nümayiş etdirib. O, uğursuzdur. Diqqətini mənə ayırmaqdansa, qoy Londondakı cinayətlərə fikir versin”, – D.Tramp yazıb.

Eyni zamanda ABŞ prezidenti Sadiq Xanın ona başqa bir tənqidçisini – Nyu-York meri Bill de Blazionu xatırlatdığını, sadəcə, Xanın müqayisədə bəstəboy olmasının fərqlilik yaratdığını bildirib/Report.