İstanbulda iki qadın terrorçu polis avtobusuna hücum edib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, terrorçular əvvəcə polis idarəsinin yaxınlığındakı avtobusu atəşə tutublar, sonra da qumbara atıblar.
Bundan sonra polislə onlar arasında atışma başlayıb və xüsusi təyinatlılardan biri yaralanıb.
Qadın terrorçular qaçaraq yaxınlıqdakı binaların birində gizlənməyə çalışıblar. Lakin xüsusi əməliyyat nəticəsində onların yeri dərhal müəyyən edilib və hər iki terrorçu odlu silahla öldürülüb. Əməliyyat zamanı 2 polis əməkdaşı xəsarət alıb.
Terrorçuların DHKP-C terror təşkilatının üzvləri Banu Yılmaz və Çiydem Yakşi olduğu bildirilir.