XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 June 2019 - 18:21

Sahibkarlıq fəaliyyəti və sahibkarlarla iş sahəsində fərqlənən şəxslərə fəxri ad verilib- Sərəncam

Prezident İlham Əliyev Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti və sahibkarlarla iş sahəsində fərqlənən şəxslərə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlığın genişləndirilməsi ilə bağlı dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilsin:

Bəşirov Elxan Hidayət oğlu

Məmmədov İsmayıl İmran oğlu.