XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 İyun 2019 - 10:05

Sarkisyanın qardaşı oğlu Ermənistana ekstradisiya ediləcək –Çexiyadan

Çexiyanın paytaxtı Praqa şəhərinin məhkəməsi Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qardaşı oğlu Naerk Sarkisyanın ölkəsinə ekstradisiyası barədə qərar qəbul edib.

Məlumatı Ermənistan KİV-i yayıb.

Qeyd edək ki, ötən il dekabrın 7-də “İnterpol” və Praqa polisi 31 yaşlı N.Sarqisyanı saxlayıb. Sənədləri yoxlanılan zaman onun üzərindən Franklin Qonsalesin adına saxta Qvatemala vətəndaşı pasportu aşkar edilib. Ermənistanda S.Sarqsyanın qardaşı oğluna qarşı narkotik maddələrin qanunsuz dövriyyəsi, qanunsuz silah saxlamaq, işgəncə vermək ittihamları irəli sürülüb/Report.