XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

04 İyun 2019 - 19:28

Mehriban Əliyeva:"Allah vətənimizə sülh, xoşbəxtlik və firavanlıq bəxş etsin"

Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Strateq.az-ın məlumatına görə, təbrikdə deyilir:

“Əziz həmvətənlər,

Sizi müqəddəs Ramazan bayramı münasibətilə təbrik edirəm.

Bu mənəvi yenilənmə və təmizlənmə bayramında sizə xoşbəxtlik və rifah, saf niyyətlər və xeyirxah işlər arzu edirəm.

Allah sizin bütün oruclarınızı və dualarınızı qəbul etsin, Vətənimizə sülh, xoşbəxtlik, xoş günlər və firavanlıq bəxş etsin”.