XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

03 Mart 2016 - 19:40

Qorbaçov ad günündə Ukrayna mahnıları oxudu- FOTO, VİDEO

 

1769635

 

SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçovun martın 2-də 85 illiyini qeyd edərkən Ukrayna mahnıları oxuması diqqət çəkib.
 

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Qorbaçovun ad günü «Ukrayna» mehmanxanasında qeyd olunub. O, oxuyarkən Andrey Makareviç də gitarada ifa edib.

 

Qorbaçov bildirib ki, bu mahnılar ona anasından xatirə qalıb:

 

«Anam gözəl qadın olub. Ukraynalıydı, yəni «xoxol» xarakterinə sahib idi. Atamla ailə qurmasını istəyəndə imtina etmişdi. Demişdi ki, onu sevmir. Söhbət, 1929-cu ildən gedir. Özünüz təsəvvür edin ki, kasıb və xristian ailəsində bu cür sevgi mövzularını qaldırmaq nə deməkdir?! Bütün bunlarla yanaşı, onun həm də yaxşı səsi vardı. Bu mahnılar mənə anamdan xatirə qalıb».

 

https://www.youtube.com/watch?v=IAT7Gor8Huo