XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 İyun 2019 - 15:30

ABŞ rəsmisi:"Onlar S-400-ləri ərazilərində yerləşdirsələr, F-35 almayacaqlar"

 

Əgər Türkiyə F-35 təyyarələrini almaq istəyirsə, Rusiyanın S-400 sistemlərindən imtina etməlidir.

Bunu CNBC televiziyasına açıqlamasında ABŞ-ın NATO-dakı Daimi Nümayəndəliyinin rəhbəri Key Beyli Hatçison deyib. Onun sözlərinə görə, Moskva ABŞ və NATO-nun əsas rəqibidir:

“Moskva daimi olaraq çalışır ki, alyansı zəiflətsin. Buna görə də Türkiyə Amerika raketlərinə müqavimət üçün hazırlanan Rusiya silahı almamalıdır. Türkiyə suveren dövlətdir, amma onlar S-400-ləri ərazilərində yerləşdirsələr, F-35 almayacaqlar. Siz seçim etməlisiniz”. /Axar.az