Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze Azərbaycana rəsmi səfər edəcək.
Səfər iyunun 20-21-də baş tutacaq.
Səfərlə bağlı açıqlama verən İrakli Kobaxidze Azərbaycana səfəri çərçivəsində müzakirə edəcəyi məsələləri açıqlayıb.
Bildirib ki, Azərbaycan Gürcüstana dost ölkə və strateji tərəfdaşdır.
O deyib ki, iki ölkə arasında sərhəd məsələsi bu münasibətlərə uyğun formada danışıqlar yolu ilə həll olunacaq: “Azərbaycana rəsmi səfər çərçivəsində Keşikçi Dağı Məbəd-Kompleksi məsələsi, çoxşaxəli ikitərəfli əkaqələr və əməkdaşlığın gücləndirilməsi perspektivləri müzakirə olunacaq”.
Report