XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

06 İyun 2019 - 17:55

İqor Dodon:"Prezident İlham Əliyevin Moldovaya gəlişini gözləyirik"

“Azərbaycanla çox yaxşı münasibətlərimiz var, prezidentlərin səviyyəsində çox yaxşı əlaqələrimiz var. Həm MDB çərçivəsində çoxtərəfli, həm də ikitərəfli münasibətlərimiz var”.

Bunu Moldova prezidenti İqor Dodon deyib.

“Ümid edirəm ki, bu il cənab İlham Əliyev Moldovaya gələ biləcək. Parlamentlərarası Komissiyanın işini yenidən bərpa etmək barədə razılığa gəlmişik. Bu ilin mart ayında 7-ci Qlobal Bakı Forumunda iştirak etdim və Azərbaycan Prezidenti ilə ilin ikinci yarısında onun da Moldovaya gəlişinin mümkünlüyü barədə razılığa gəldik.

Heydər Əliyev Fondunun dəstəyi ilə Qaqauziyada Mədəniyyət-Təhsil Mərkəzi tikirik və ən qısa zamanda onun açılışını etmək istəyirik. Odur ki, Prezident Əliyevin gəlişini gözləyirik”, – İ.Dodon vurğulayıb/Report.