İyulun 9-da Slovakiyanın Tatra Dağları bölgəsində ATƏT xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü keçiriləcək.
Görüşdə dəyişən dünyada ATƏT-in gələcək fəaliyyəti ilə bağlı müzakirələr aparılacaq. Görüşə ATƏT-in fəaliyyətə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak sədrlik edəcək. /APA