XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

06 İyun 2019 - 18:09

Daxili işlər orqanlarında yeni kadr dəyişikliyi olub –Təyinat

Azərbaycanın daxili işlər orqanlarında yeni kadr dəyişikliyi olub. 

Daxili İşlər naziri, general-polkovnik  Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin Polis Bölməsinin rəisi Tahir Həsənov daxili işlər orqanlarında qulluqda olmanın son yaş həddinə çatması ilə əlaqədar olaraq təqaüdə göndərilib.

Digər əmrlə həmin vəzifəyə Şəmkir Rayon Polis Şöbəsinin Zəyəm Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Üzeyir Atamov təyin edilib/Report.