XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

07 İyun 2019 - 18:03

3 yaşlı Zəhranın qaçırılması ilə bağlı cinayət işi başlanıb- Adam oğurluğu maddəsi üzrə

Bakıda 3 yaşlı Zəhra Bağırzadənin oğurlanması faktı ilə əlaqədar cinayət işi açılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, qeyd edilən faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb.

Cinayəti törətməkdə şübhəli bilinən 1980-ci il təvəllüdlü Nəzərova Tərgül Şükür qızı şübhəli şəxs qismində saxlanılıb. Hazırda istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, Bağırzadə Zəhra Rəsul qızı 4 iyun tarixində evdən çıxaraq itkin düşüb. O, iki gündən sonra tapılaraq ailəsinə təhvil verilib.