XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

03 Mart 2016 - 23:44

Yunkerdən şok bəyanat:«Ukrayna Avropa Birliyinə hələ 25 il üzv ola bilməyəcək»

yunker

Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker sensasion bəyanatla çıxış edərək Ukraynanın hələ 25 il Avropa Birliyinə üzv ola bilməyəcəyini bildirib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Yunker rəsmi Kiyevə NATO üzvlüyünə arxayın olmamağı da tövsiyə edib: «Dəqiq deyə bilərəm ki, Ukrayna yaxın 20-25 ildə Avropa Birliyinə üzv ola bilməyəcək. Bu, NATO üzvlüyü üçün də keçərlidir». 

Yunkerin fikrincə, bəzi avropalı deputatlar Ukrayna ilə əldə edilmiş sazişi yanlış olaraq bu ölkənin Avropa Birliyi üzvlüyünə ilk addımı kimi başa düşüblər.