“Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi çərçivəsində qoşunların fəaliyyətləri ilə bağlı verilən tapşırıqlar xəritə üzərində icra olunur.
Müdafiə Nazirliyindən Strateq.az-a verilən məlumata görə, hərbi qərar qəbuletmə prosesinə uyğun tapşırığın aydınlaşdırılması, vəziyyətin qiymətləndirilməsi, döyüş işinin və qarşılıqlı əlaqənin təşkili sualları işlənilir.