Avropa Həmrəyliyi Partiyası parlament seçkisində qalib gələcəyi təqdirdə ölkənin baş naziri olmağa hazıram.
Bunu Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko deyib.
“Əgər seçkilərdə qalib gələ bilsək, onda baş nazir olaram”, – Poroşenko açıqlamasında bildirib.
Qeyd edək ki, Poroşenkonun rəhbəri olduğu Poroşenko Bloku adını dəyişərək Avropa Həmrəyliyi Partiyası olub. /Axar.az