Qazaxıstanda prezident seçkiləri başa çatdı –Seçki məntəqələri bağlanıb

Qazaxıstanın bütün ərazisində prezident seçkiləri başa çatıb.
Yerli vaxtla saat 21.00-da Qərbi Qazaxıstan, Atıraus, Aktyubin və Manqistau vilayətlərində də seçki məntəqələri bağlanıb.
Qazaxıstanın digər vilayətlərində səsvermə yerli vaxtla saat 20.00-da başa çatıb.
Qazaxıstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, yerli vaxtla saat 20.00-a seçici fəallığı 77 faiz olub. /APA