XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

05 May 2015 - 08:20

Kaspşik: “Azərbaycanlı və erməni komandirlərə danışmaq üçün ATƏT-in radiosunu verirəm” – MÜSAHİBƏ

kaspisik.jpg

“Tərəflər arasında bağlnamış atəşkəs haqqında saziş onların siyasi iradəsi sayəsində öz qüvvəsini saxlayır. Həqiqətən tərəflər bildirirlər ki, vəziyyətin pisləşdiyi yerlər var. Mən bu xəbərlərdən çox narahatam. Hər bir ölüm faktı- faciədir. Əgər atəşkəs sazişinə əməl olunsa bundan qaçmaq olar”

Strateq.az bildirir ki, bu sözləri ATƏT-in şəxsi nümayəndəsi Anji Kaspişik Ermənistanın nyus.am” portalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, tərəflər atəşkəsin pozulmamasına görə məsuliyyət daşıyırlar.

“ATƏT-in fəaliyyətdə olan sədri, həmsədrlər və mən bu atəşkəsin möhkəmlənməsi və insidentlərin nəticələrini yüngülləşdirmək yolları üzərində işləyirik. Amma əsas məsuliyyət tərəflərin üzərindədir”-deyə Kaspişik vurğulayıb.

Şəxsi nümayəndə olaraq daha hansı əlavə tədbirlərin görə biləcəyi barədə sualı cavablandıran Kaspişik qeyd edib ki, mandatının imkan verdiyi bütün ideyalar üzərində işləməyə və tərəflər arasında etimadın bərpa olunmasına kömək etməyə hazırdır.

“Mən monitorinq zamanı yerli komandirlərə bir –biriləri ilə birbaşa əlaqə saxlamaq üçün ATƏT-in radiosunu təqdim edirəm. Tərəflər bu radio ilə birbaşa əlaqə saxlaya bilirlər. Mən həmçinin mülki əhalinin müdafiəsi işinə böyük diqqət ayırıram”-deyə Kaspişik bildirib.

atet.jpg

Onun sözlərinə görə, ATƏT-in sərhədə və təmas xəttinə səfərləri atəşkəs mexanizmi üzərində nəzarət mexanizmini əvəz edə bilməz. “Yerli komandirlər və digər insanlar bizə deyirlər ki, belə səfərlər tərələr arasında olna məsələləri həll etmək, eskalasiya riskini azaltmaqda böyük imkanlar yaradır”.

Kaspişik qeyd edib ki, monitorinqlər zamanı tərəflərlə söhbət aparılır və insidentlər haqqında informasiyalar əldə olunur. ” Mənim hər gün baş verənlərin, hansı tərəfin atəşkəsi pozması barədə təhqiqat və monitorinq aparmaq üçün resurslarım yoxdur. Bütün müşahidələr monitorinq hesabatları şəklində həmsədrlərə və ATƏT-in fəaliyyətdə olan sədrinə göndərilir”-deyə o, bildirib.

Kaspişik ATƏT-in şəxsi nümayəndəsinin mandatının dəyişdirlməsinin ATƏT- üzvü olan 57 ölkənin razılığından asılı olduğunu deyib.

Onun sözlərinə görə, əsas odur ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi digər yerlərdə baş verənlərin fonunda zəifləməsin.

kaspisi.jpg

Uzun müddət burada çalışan Kaspişik öz təəsüratlarını da açıqlayıb. Bildirib ki, bölgədə görüşdüyü ən müxtəlif yaşda olan insanlar- kişilərlə, qadınlarla söhbətlər aparıb.

“Bu bölgənin insanları sülh içində yaşamağı haqları çatır. Onlar səbirsizliklə regionun iqtisadi-sosial potensialının reallaşdıracağı günü gözləyirlər. Görüşdüyüm çoxlu insan sülh və barış haqqında düşünür və bunun əldə olunması üçün böyük enerji ilə çalışırlar”.

X. SƏFƏROĞLU