XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

10 İyun 2019 - 12:48

Sərhədin demarkasiyası üzrə növbəti görüşün vaxtı açıqlandı –Səfirlik

“Rusiya-Azərbaycan sərhədinin demarkasiyası üzrə işçi qrupunun növbəti iclası gələn həftə Bakıda keçiriləcək”.

Bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Rusiya-Azərbaycan sərhədinin delimitasiyası tamamlanıb, demarkasiya prosesi dostluq şəraitində davam etdirilir.

“Bu, ölkələri ayırmaq yox, birləşdirmək məsələsidir”, – səfir deyib.

Xatırladaq ki, bundan əvvəlki görüş yazda keçirilib. /Report