XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

10 İyun 2019 - 12:25

Türkiyə XİN:"İslandiyaya layiqli cavab veriləcək, xalqımızın şübhəsi olmasın"

“Futbol üzrə Türkiyə milli komandasının İslandiyanın Reykyavik şəhərindəki hava limanında məruz qaldığı davranış qəbuledilməzdir”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Twitter” səhifəsində yazıb.

“Milli komandamızın İslandiyanın hava limanında məruz qaldığı davranış diplomatik qaydalar və insanlıq baxımından qəbuledilməzdir. Millətimizin lazım olan addımları atacağımıza şübhəsi olmasın”, – XİN başçısı bildirib.

Qeyd edək ki, futbol üzrə Türkiyə milli komandası iyunun 11-də “H” qrupunda 2020-ci il üzrə Avropa çempionatının seçmə mərhələsində İslandıya yığması ilə qarşılaşacaq. İyunun 9-da Türkiyə millisi Reykavik hava limanında pasport yoxlaması zamanı 2 saat qanunsuz olaraq gözlədilib.  /Report