XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 January 2016 - 17:07

“Bunun bədəlini ödəyəcəksiz!” – [color=red]Davudoğlundan HDP liderlərinə xəbərdarlıq

"HDP xəndək siyasətinin bədəlini ödəyəcək".

Bu sözləri Türkiyə Baş naziri Əhməd Davudoğlu deyib.

“HDP yürütdüyü xəndək siyasətinə bir gün özü düşəcək. Heç bir şübhəniz olmasın. Öz oyunlarının qurbanı olacaqlar. Onlarla insanı öldürdüklərinə, evlərindən didərgin saldıqlarına, məhəllələri işğal etdiklərinə görə mütləq cavab verəcəklər. HDP rəhbərliyi sadəcə dinc insanların deyil, eyni zamanda özlərinə yaxın olanların canını heçə sayır. Bu siyasətdən ölkəmizə xeyir gəlməz. Türkiyəliləşmə yalanı ilə apardıqları siyasət qazdıqları xəndəklərdə tükənib. Türkiyəliləşmənin yolu Ədirnədən, İstanbuldan, Diyabəkirdən, Konyadan, Trabzondan, Hakkaridən keçir, Moskvadan keçməz”, – deyə Davudoğlu bildirib.

Axar.az