XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

05 Yanvar 2016 - 19:24

Aslan İsmayılov Müdafiə nazirini keçmiş döyüşçüyə diqqət göstərməyə çağırdı – [color=red]”O, əsl komandirdir!”

asl-1-1.jpg

Tanınmış hüquqşünas Aslan İsmayılov Azərbaycan Respublikasının Müdafiə naziri Zakir Həsənovu Qarabağ döyüşlərində böyük şücaət göstərmiş, keçmiş döyüşçülər və hərbçilər arasında böyük nüfuza malik polkovnik Şair Ramaldanova diqqət göstərməyə çağırıb.

Aslan İsmayılovun özünün Facebook statusunda hörmətli hərbçimiz polkovnik Şair Ramaldanov haqqında yazdığı maraqlı qeydləri Strateq.az oxucularına da təqdim edirik:

 ramaldanov-1.jpg 

Son günlər yerli TV-lərdə xəbərlərə baxıram. Bu gün demək olar ki, bütün TV-lər Horadiz əməliyyatından danışdılar. Bütün kadrlarda bu yaxınlarda tanış olduğum, "komandir" deyə müraciət etdiyim polkovnik Şair Ramaldanovu gördüm. Həm sevindim, həm də kədərləndim. Sevindim ona görə ki, nəhayət ki, TV-də bu Vətənə həqiqətən oğul olmuş, təmannasız qulluq etmiş bir VƏTƏNDAŞ gördüm. Kədərləndim ona görə ki, Qarabağ döyüşlərində qələbə qazanmış, bu gün də keçmiş əsgərləri tərəfindən sevgi ilə xatırlanan, torpaqlarımızı işğaldan azad etmiş yeganə, sözün əsl mənasında, KOMANDİR 55 yaşından təqaüdə göndərilib. Onunla qiyabi tanışlığım hələ 2005-ci ildən başlamışdı. Həmin vaxtlardan Tariyel Kərimov adlı ordubadlı balası ilə işləməyə başladım. Daim bir yerdə olurduq. Harada bir mərdlik, dürüstlük, vətənpərvərlik, insanlıq, ciddilik, yəni insana xas olan müsbət bir hal görəndə daim deyərdi: “Bizim komandir kimi insandır”. Bu hal illərlə təkrar olundu. Söhbətlərdən bildim ki, o, Qarabağ müharibəsində Şair Ramaldanovun sürücüsü olub. Tariyelin də Qarabağ müharibəsi iştirakçısı, dürüst, mərd, Vətənini sevən insan olduğunu bildiyimdən Şair Ramaldanovla məni tanış etməsini xahiş etdim. Nəhayət ki, 2015-ci ilin noyabr ayında biz görüşdük. Onunla axşam saat 6-da başlayan görüşümüz, təxminən, saat 12-də başa çatdı. Bu söhbət zamanı Azərbaycanda heç vaxt rastlaşmadığım bir Şəxsiyyət gördüm. Bəli, heç vaxt siyasət, vəzifə, var-dövlətlə maraqlanmayan, Vətəni Azərbaycanı təmannasız, dəlicəsinə sevən, fiziki göstəricilərinə, içindəki enerji, gələcəyə inama görə gənc təsiri bağışlayan, məhz buna görə də bu gün peşəsindən uzaqlaşdırılan bir insan gördüm. Onu dinlədikcə, özümün yaşadığım həyatı gördüm. Görüş qurtardıqdan sonra 20 il bundan əvvəl sürücüsü olmuş, bayırda maşında oturub bizi gözləyən Tariyel mənə dedi: “Aslan müəllim, bağışlayın, siz özünüz gedin, mən komandiri evə aparacam”. Buna heç təəccüblənmədim. Sakitcə piyada evə gəldim. O məqamda bir daha əmin oldum ki, həqiqətən, müharibədə ancaq komandirlərinə inanan, həyatlarını ona etibar edən, onu sevən, məhz buna görə də sona qədər KOMANDİRə sadiq olan əsgərlər qələbə qazana bilər.
Sadəcə məlumat üçün bildirim ki, Şair Ramaldanov Bakıda hərbi məktəbi fərqlənmə diplomu ilə, sonra Moskvada Frunze adına Hərbi Akademiyanı bitirmiş, iki dəfə rəhmətlik Heydər Əliyev tərəfindən, o cümlədən birinci dəfə Horadiz qəsəbəsindən başqa 22 yaşayış məntəqəsini azad etdiyinə görə Azərbaycan Bayrağı ordeni ilə təltif olunmuş, hərbə həsr olunmuş 10 kitab müəllifidir. Əvəzində isə bir kvadrat metr torpaq almayanlar bu gün general və vəzifə başında, Şair Ramaldanov isə polkovnik rütbəsində və təqaüddədir. Şair Ramaldanov və onu kimilərə bu cür münasibətə görə, Qarabağ bu gün də işğal altında Vətənimiz isə bugünkü durmdadır.

P.S. Təyinatına mənim də sevindiyim Müdafiə Naziri Zakir Həsənovun, doğrudanmı, Şair Ramaldanov adlı bir komandirdən xəbəri yoxdur?!