XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

05 Yanvar 2016 - 19:56

“Ceyms Bond” ləqəbli keçmiş agent:[color=red] “Türkiyədə xəndəkləri İran qazdırır”

Molla Mustafa Bərzanini ölümdən xilas edən kürdlərin "Ceyms Bond"u İbrahim Qabari Əl Cəzirə kanalına müsahibəsində şok doğuracaq məlumatları açıqlayıb.

"Ceyms Bond" ləqəbli keçmiş agent Türkiyənin Diyarbəkir, Nusaybin, Cizrə bölgəsində xəndəklərin təsadüfən qazılmadığını bildirib. O, bunun arxasında İranın dayandığını qeyd edib.

Keçmiş agent PKK və Abdulla Öcalanın siyasətini gənclik illərindən bəri izlədiyini, ancaq PKK-nın Türkiyə, İraq və Suriyadakı son strategiyalarını bəyənmədiyini vurğulayıb:

"Mən kürdəm və xalqımın hüquqlarını Türkiyə, Suriya və İraqda hər zaman və hər yerdə müdafiə edirəm. Ancaq kürdlərin hüquqlarını müdafiə etdiyini deyən PKK Rusiya və İranın oyuncağı olub. Kürd xalqının əsl düşmənlərindən biri olan İranla əməkdaşlıq edən PKK-nı qəbul etməyim mümkün deyil".

Axar.az