XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

11 İyun 2019 - 10:23

Mahaçqalada tanker partladı:2 nəfər yaralanıb, 3 nəfər itkin düşüb

Mahaçqalada dəniz ticarəti limanında tankerdə baş verən partlayış nəticəsində 2 nəfər xəsarət alıb, 3 nəfər itkin düşüb.

“RİA Novosti” xəbər verir ki, məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi yayıb.

Partlayışa səbəb kimi neft məhsullarının ötürülməsi zamanı yaranmış qaz qapanması göstərilir.

Partlayış nəticəsində xəsarət alan 5 nəfərdən 2-si xəstəxanaya yerləşdirilib, 3-nün axtarışları davam edir.

Hadisənin səbəbi araşdırılır/Report.