XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

11 İyun 2019 - 11:05

Türkiyə XİN:"Nümayəndələr Palatasının qərarı Türkiyə-ABŞ münasibətlərinə ziddir"

Türkiyə Xarici İşlər Nazirliyi ABŞ Nümayəndələr Palatasında ABŞ-Türkiyə ittifaqına dair qəbul edilən qərarla bağlı açıqlama yayıb.

Bu qərar Türkiyə-ABŞ arasındakı dostluq və müttəfiqlik münasibətlərinə ziddir.

“Dost və müttəfiq ölkələr arasında fikir ayrılıqlarının olması həmin ölkələrin daxili qanunlarına hörmətsizliklə nəticələnməməlidir. Vəziyyətdən çıxış yolunu hər zaman olduğu kimi dialoq və müzakirələrdə görürük. Bunun əvəzinə sanksiyalar tətbiq etmək hədəsi, bəhanələr yolu ilə müddət uzatmaq, qarşılıqlı etibara zərər vuracaq qərarlar qəbul edilə bilməz”, – deyə açıqlamada bildirilib.

Qeyd edək ki, iyunun 10-da ABŞ Nümayəndələr Palatasında qəbul edilən qərarda ABŞ-Türkiyə əlaqələrindən narahatlıq ifadə olunub. Qərarda Türkiyənin xarici siyasəti və məhkəmə sistemi tənqid edilib. /APA