XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 June 2019 - 12:42

Təhsil müəssisələrinin qazlaşdırılmasına 5,7 milyon manat ayrılıb –SƏRƏNCAM

Prezident İlham Əliyev  Azərbaycan Respublikasında təhsil müəssisələrinin qazlaşdırılması haqqında sərəncam imzalayıb. 

Strateq.az xəbər verir ki,  sərəncamla təhsil müəssisələrinin qazlaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.67-ci bəndində göstərilmiş məbləğin 5,7 milyon manatı Təhsil Nazirliyinə ayrılıb.