XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

06 Yanvar 2016 - 08:08

“Tehrana qarşı yeni sanksiyaları tətbiq etməyə tam hazırıq” – [color=red]ABŞ-dan xəbərdarlıq

ABŞ İranın ballistik raket sınağından sonra bu ölkəyə qarşı yeni sanksiyalar hazırlayır.

Bu haqda ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi məlumat verib.

"Biz İranın raket sınaqları keçirmək haqda qadağanı pozmasına çox ciddi bir hadisə kimi yanaşırıq. Biz Tehrana qarşı yeni sanksiyaları tətbiq etməyə tam hazırıq, sadəcə bəzi texniki məsələlər öz həllini tapmalıdır",– deyə, Con Kirbi bildirib.

Xatırladırıq ki, bu ilin 10 oktyabr tarixində İranın orta mənzilli, nüvə başlığı daşıya bilən ballistik raketin sınağını həyata keçirməsi ABŞ-ın ciddi narahatlığına səbəb olmuşdu.

Ölkə.az