Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, YAP Səbail rayon təşkilatının sədr əvəzi Şəmsəddin Hacıyevlə bağlı sabah seçki olacaq.
Strateq.az xəbər verir ki, YAP Səbail rayon təşkilatında növbədənkənar konfrans çağırılıb: “Mayın 6-da keçiriləcək konfransda Milli Məclisin komitə sədri, İqtisad Universitetinin sabiq rektoru Şəmsəddin Hacıyevin YAP Səbail Rayon Təşkilatına sədr seçkisi gündəlikdə olacaq. Və o, yeni vəzifəsinə təsdiqlənəcək”.
Xatırladaq ki, YAP Səbail Rayon Təşkilatının sədri Zahid Qaralov bir neçə ay əvvəl vəfat edib. Onun vəfatından sonra təşkilatın sədr vəifəsini deputat Ş.Hacıyev icra edir.
Xəbəri YAP Səbail Rayon Təşkilatından Strateq.az-a təsdiqləyiblər.
Strateq.az