XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 June 2019 - 09:45

Pentaqon Türkiyə ilə S-400 və F-35 məsələsini müzakirə edəcək:"sabah biz baxış mübadiləsi aparacağıq"

ABŞ-ın müdafiə naziri vəzifələrinin icraçısı Patrik Şenahen türkiyəli həmkarı Hülusu Akar ilə Ankaranın Rusiyanın S-400 zenit raket sistemini alması və Türkiyə pilotlarına Amerikanın F-35 təyyarələri üçün təlimlərin keçirilməsinin dayandırılması ilə bağlı yaranmış vəziyyəti müzakirə edəcək.

Bunu ABŞ-ın müdafiə naziri vəzifələrinin icraçısı Patrik Şenahen deyib.

“Lakin mən ümid edirəm ki, sabah biz baxış mübadiləsi aparacağıq və hansı məsələdə irəliləyiş əldə olunduğu barədə bir-birimizi məlumatlandıracağıq”, – deyə Şenahen əlavə edib.

Pentaqon rəhbəri həmçinin qeyd edib ki, Vaşinqton və Ankara arasında əməkdaşlıq təkcə pilotların təlimatlandırılması məsələsində dayandırılıb, təyyarələrə xidmət göstərilməsində deyil. /Report