XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Yanvar 2016 - 10:34

Obama tarixi qərarı ağlaya-ağlaya belə açıqladı – [color=red]VİDEO

ABŞ prezidenti Barak Obama tarixi qərarı göz yaşları içində açıqlayıb.

BAKU.WS məlumat verir ki, Obama "kütləvi hücumları" azaltmaq üçün silah satışlarına dair yeni inzibati qərarlarını açıqlayarkən, "Sandy Hook" hücumunda ölən uşaqları xatırlayaraq göz yaşlarına hakim ola bilməyib.

"Birinci sinif şagirdləri ("Sandy Hook" hücumunda ölən uşaqlar) və sevdiklərinin bir silahdan çıxan güllə ilə həyatlarını itirəcəyini heç vaxt düşünməyən ailələr… Bu uşaqları hər düşündüyümdə dəli oluram", – deyə ABŞ prezidenti nitqində söyləyib.

O bildirib ki, yeni qərarlara görə, ölkədə artıq internetdən silah alanların da cinayət qeydlərinə baxılacaq, silah almaq istəyən psixoloji problemli insanlara müalicə imkanları veriləcək. Ümumiyyətlə, bütün yerlərdə silah satışları tam nəzarətə götürüləcək.

ABŞ prezidenti bunu ölkədə tez-tez gündəmə gələn silahlı hücumları və bunun nəticəsində meydana gələn ölümləri azaltmaq məqsədi ilə etdiklərini bildirib: