XƏBƏR LENTİ

04 Mart 2021
03 Mart 2021

Digər Xəbərlər

13 İyun 2019 - 11:38

İki neft daşıyan supertankerdə partlayış oldu –Ərəbistan dənizində

Ərəbistan dənizində neft daşıyan iki supertankerdə partlayış olub.

Məlumatı Livan KİV-i yayıb. Hadisə Hind okeanının şimal hissəsində Ərəbistan dənizində baş verib.

Gəmilərin heyəti hücuma məruz qalmaq barədə həyəcan siqnalı veriblər. Onların həyəcan siqnalı Pakistan və Oman tərəfindən qəbul edilib.

Gəmilərin mənsub olduğu dövlət və ya şirkət hələlik məlum deyil. Partlayış nəticəsində xəsarət alanlar, dəyən ziyan və gəmilərin zədələnməsi ilə bağlı da məlumat yayılmayıb/Report.