XƏBƏR LENTİ

24 Sentyabr 2020

Digər Xəbərlər

13 İyun 2019 - 17:54

Rusiya XİN:"Tankerlərə hücum hadisəsindən İrana qarşı istifadə edilməməlidir"

“Oman körfəzində tankerlərə hücum hadisəsindən İrana qarşı istifadə edilməməlidir”.

Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Onun sözlərinə görə, baş verən hadisə anti-İran ovqatının gərginləşdirilməsində istifadə edilməməlidir: “Mən fürsətdən istifadə edərək tələsik nəticənin çıxarılmasından çəkinməyə çağırıram. Məsuliyyətin kiminsə üzərinə qoyulması cəhdi yolverilməzdir”.

Qeyd edək ki, iyunun 12-də Oman körfəzində Yaponiya, Tayvan və Omanın tankerlərinə hücum olub.

Xatırladaq ki, mayın 12-də Birləşmiş Ərəb Əmirliklərinin sularında 4 tankerdə partlayış baş vermişdi. ABŞ bu hadisənin məsuliyyətini İranın üzərinə qoyub/Report.